“Qalatasaray”ın isveçli futbolçusu özünə yeni komanda tapıb. Fanat.az xəbər verir , Yohan Elmander bundan sonra “Norviç”in şərəfini qoruyacaq.
“Sarı-yaşıl”ların rəsmi internet səhifəsində verilən açıqlamada 32 yaşlı futbolçunun 1 il müddətinə icarəyə götürüldüyü bildirilib. Futbolçunun özü isə bu transfer üçün xoşbəxt olduğunu söyləyib:
“Məşqlərə başlamaq və meydana çıxmaq üçün səbirsizlənirəm. “Norviç”in möhtəşəm azarkeşləri olduğu və stadionda gözəl atmosfer yaratdıqlarını bilirəm. Buraya gəldiyim üçün çox xoşbəxtəm”.