“Qalatasaray”la oyuna razılıq vermişik" - Əmrah Çəlikəl

“Qalatasaray”la oyuna razılıq vermişik" - Əmrah Çəlikəl
"Qarabağ” klubu Bakıda “Qalatasaray”la yoldaşlıq görüşünün keçirilə biləcəyini təsdiqləyib.
Klubun direktoru Əmrah Çelikel qol.az saytına açıqlamasında bildirib ki, bu matçın keçirilməsi təşəbbüsü ilə “Türk Hava Yolları” şirkəti çıxış edib.
“Türk Hava Yolları” “Qalatasaray”ın baş sponsorlarından biridir. Oyun THY-nin Azərbaycanda fəaliyyətinin 25 illiyi ilə əlaqədar keçirilməlidir. Təşkilati işlərlər də məhz bu şirkət məşğul olur. Biz matçın martın 29-da, əgər bu tarixdə alınmazsa, martın 28-də keçirilməsinə razılıq vermişik. “Qalatasaray” isə oyunun martın 26-da oynanılmasını istəyir. Amma həmin gün milli komandamızın Qazaxıstanla oyunu var. "Qarabağ"ın da əksər futbolçuları isə həmin vaxt millinin düşərgəsində olacaq. Millinin toplanışı martın 27-də başa çatır. Hələlik oyunun yüz faiz keçiriləcəyi ilə bağlı nəsə demək olmur”.
Klub rəsmisi bildirib ki, oyunun baş tutub-tutmayacağı matçın təşkilatçısı qismində çıxış edən “Türk Hava Yolları”ndan asılıdır. “Hazırda danışıqlar davam edir. İstənilən halda, “Qarabağ” klubu olaraq biz “Qalatasaray”la oyuna hazırıq və matçın Bakıda keçirilməsinə də razılıq vermişik. Amma dediyim kimi, hər şey bizdən asılı deyil”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər