“Qalatasaray”ın sabiq futbolçusu Azərbaycanda

“Qalatasaray”ın sabiq futbolçusu Azərbaycanda

2013/14 mövsümünə hazırlıqları Avstriyada davam etdirən "Simurq"un düşərgəsinə daha üç futbolçu qoşulub. Baxışa dəvət olunan oyunçular müdafiəçi İsmayıl Bouzit, yarımmüdafiəçi Raul Kostin və hücumçu Jose Emilio Furtadodur. 

Artıq komandayla bir məşqə də çıxmış əlcəzairli Bouzit vaxtilə Türkiyə "Qalatasaray"ında da forma geyib. 30 yaşlı mərkəz müdafiəçisi 2007/08 mövsümündə İstanbul təmsilçisinin heyətində 10 görüşdə meydana çıxıb. Həmçinin o, ölkəsinin milli komandasının da üzvüdür. 

Rumıniyalı Kostin isə 2009-cü ildən ölkəsinin "Vaslui" klubunda forma geyinir. Portuqalıyalı Josenin isə son klubu Yunanıstanın AEK-idir.

Qeyd edək ki, bir müddət əvvəl Rumıniya mətbuatı Kostinin “Xəzər Lənkəran”a keçəcəyini iddia edirdi.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər