Fatih Terimlə Türkiyə Futbol Federasiyası arasında milli komandanın baş məşqçiliyi ilə bağlı başlayan danışıqlara “Qalatasaray”dan ilk reaksiya gəlib. Fanat.az xəbər verir ki, klubun mətbuat katibi Şükrü Ergün qısa açıqlama verib.
“Məsələ milli komandadısa, Fatih hocanın gedişinə qarşı çıxmaq vətən xainliyi olar. Milli bir davada mənfi fikir bildirmək “Qalatasaray”a yaraşmaz”, deyə klub rəsmisi bildirib.