“Qalatasaray”ın sabiq rəsmisi Adnan Öztürk siyasətə qoşulur. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq klub rəsmisi Cumhuriyyət Xalq Partiyasından (CHP) İstanbul Böyükşəhər Bələdiyyə başqanlığına namizəd olacaq.
Öztürkün CHP başqanı Kemal Kılıçdaroğlu ilə yaxın münasibətləri var. O, “Qalatasaray”da işlədiyi vaxt partiya rəhbərini “Real”la “Türk Telekom Arena”da baş tutan oyuna dəvət etmişdi.
Məlumata görə, Öztürkün namizədliyini Kılıçdaroğlu irəli sürüb. Ötən həftə isə o, Bodrumda CHP-nin sabiq başqanı Dəniz Baykalla görüşüb.