“Qalatasaray” iki futbolçu ilə müqaviləni yenilədi

“Qalatasaray” iki futbolçu ilə müqaviləni yenilədi

"Qalatasaray" iki futbolçusu ilə müqaviləni yeniləyib, bir oyunçusu ilə yolları ayırıb.

Qol.Az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, Engin Baytar və Gökhan Zanın müqaviləsinin müddəti daha iki il uzadılıb. Hər iki oyunçu illik 600 min avro qazanacaq.

Klub gənc qapıçısı Ufuk Ceylanla isə yolları ayırıb. 2009-ci ildə "Manisaspor"dan transfer olunan qolkiper İstanbul klubunda gözlənilən oyunu göstərə  bilmdəyi üçün onunla əməkdaşlığa son qoymaq qərarı verilib. Bundan başqa qapıçının özü də Fatih Terimdən icazə alaraq komandadan ayrılmaq istədiyini bildirib.

Qeyd edək ki, Terimin yeni mövsümdə ikinci qapıçı olaraq Erey Eşcana şans verəcəyi gözlənilir.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər