"Qalatasaray" azərbaycanlı futbolçusunu icarəyə verdi

"Qalatasaray" azərbaycanlı futbolçusunu icarəyə verdi
Müqavilə ilə "Qalatasaray"a məxsus olan Azərbaycan millisinin futbolçusu Mutlu Aksu Doğanın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Karakörpü Bələdiyyəspor"a icarəyə verilib. O, mövsümün sonunadək 3-cü liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, əslən azərbaycanlı olan gənc oyunçu 2016-cı ildə Azərbaycanın U-17 yığmasına dəvət edilib və 1 qol vurub. O, "Qalatasaray"ın U-19 və U-21 komandalarında, eləcə də "Kocaelispor"da çıxış edib. Mutlu Aksu Doğan ötən mövsüm Türkiyə Kubokunda iki oyunun iştirakçısı olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər