Püşkatma: "Qarabağ"ın 1/8-dəki rəqibi bilindi 

Püşkatma: "Qarabağ"ın 1/8-dəki rəqibi bilindi 

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələlərinin püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ”ın rəqibi də məlum olub. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finalda "Bayer 04" (Almaniya) ilə qarşılaşacaq. Ağdam klubu ilk matçını evdə oynayacaq.

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər