Futbol klubunun maliyyə qaynaqları ilə bağlı hesabatlar aparan "Deloitte" "Futbol Pul Liqası, 2012/13 mövsümü" adlı hesabatını açıqlayıb. Fanat.az xəbər verir ki, 17-ci dəfə dəfə hazırlanan hesabatda dünyanın ən çox gəlir əldə edən 20 klubun qazancı 8 faiz artaraq 5.4 milyard avro olub.
İspaniyada davam edən maliyyə böhranına və ötən mövsüm heç bir kubok qazanmamasına rəğmən "Real" 518.9 milyon avroluq gəlirlə ardıcıl 9-cu dəfə Pul Liqasının birincisi olub. "Kral Klubu"nu ən böyük rəqibi "Barselona" izləyir - 482.6 milyon avro. Ötən mövsüm bütün kubokları qazanan "Bavariya" 431.2 milyon gəlirlə üçüncü yeri "Mançester Yunayted"dən təhvil alıb. Yeri gəlmişkən, "Mançester Yunayted" ilk dəfə ilk "üçlük"dən kənarda qalıb.
Ən diqqət çəkən məqam siyahıya iki Türkiyə klubunun düşməsi olub. Belə ki, "Qalatasaray" 16-cı (157.0 milyon avro), "Fənərbaxça" 18-ci olub (126.4 milyon avro). "Deloitte Sports Business Group"un mütəxəssisi bu vəziyyəti belə izah edib: "Avropanın ən önəmli 5 çempionatının Pul Liqasında dominantlıq etdiyi vaxtda "Qalatsaray" və "Fənərbaxça"nın varlığı, həmçinin Braziliya "Korintians"ının 30 klub arasına düşməsi inkişaf etməkdə olan bazarlarda idman sektorunun böyüməsi deməkdi. Bu ölkələrin iqtisadiyyatının inkişaf etməsi, çılğın azarkeşlərin varlığı və futbola sərmayə axınının sürətlənməsi klubların gəlirlərini artırır. "Qalatasaray"ın 2011-ci ildə açılan stadionu "Türk Telekom Arena" Avropanın ən yaxşı stadionları sırasına düşdü və klubun gəlirlərinin artmasına səbəb oldu".
1. Real - 518.9 milyon avro
2. Barselona - 482.6 milyon avro
3. Bavariya - 431.2 milyon avro
4. Mançester Yunayted - 423.8 milyon avro
5. PSJ - 398.8 milyon avro
6. Mançster Siti - 316.2 milyon avro
7. Çelsi - 303.4 milyon avro
8. Arsenal - 284.3 milyon avro
9. Yuventus - 272.4 milyon avro
10. Milan - 263.5 milyon avro
11. Borussiya D - 256.2 milyon avro
12. Liverpul - 240.6 milyon avro
13. Şalke 04 - 198.2 milyon avro
14. Totthenhem - 172.0 milyon avro
15. İner - 168.8 milyon avro
16. Qalatasaray - 157.0 milyon avro
17. Hamburq - 135.4 milyon avro
18. Fənərbaxça - 126.4 milyon avro
19. Roma - 124.4 milyon avro
20. Atletiko - 120.0 milyon avro
Fanat.az