"PSJ-nin hədəfi Çempionlar Liqasını qazanmaqdı" - İkardi

"PSJ-nin hədəfi Çempionlar Liqasını qazanmaqdı" - İkardi
PSJ-nin hücumçusu Mauro İkardi komandanın Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.
Fanat.Az "France Football"-a istinadən xəbər verir ki, İkardi ÇL-i qazanmağı hədəflədiklərini bildirib:
"Püşkatmadan sonra bizim çərəkdə (PSJ, "Atalanta", "Atletiko", "Layptsiq" - Fanat.Az) daha öncə Çempionlar Liqasını qazanan komandanın olmadığını gördüm. Digər tərəfdə isə, demək olar ki, hamı turnirin qalibi olub. Sanki onlar bir araya toplaşıblar. Bununla belə, diqqətli olmalıyıq, çünki rəqiblərimizin də ambisiyası eynidi: Çempionlar Liqasını qazanmaq və tarix yazmaq.
Son illərdə PSJ ÇL-də uğursuz olub. Komanda olaraq vəziyyəti dəyişdirmək niyyətindəyik. Hədəfimiz turnirin finalına yüksəlmək və Allahın da istəyi olarsa, kuboku qazanmaqdı. Məhz bu səbəbdən son illərdə kluba bu qədər sərmayə qoyulub".
Qeyd edək ki, PSJ avqustun 12-də yarımfinala vəsiqə uğrunda "Atalanta" ilə qarşılaşacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər