Prezidentdən idman adamları ilə bağlı sərəncam - ADLAR

Prezidentdən idman adamları ilə bağlı sərəncam - ADLAR

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Fanat.Az xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, on nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

Eyni zamanda, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə iki nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, üç nəfərə isə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Bağırov Natiq Nadir oğlu Bunyatəliyev Rauf Əli-Heydər oğlu Qurbanov Cavanşir Kazım oğlu Sadıqov Sadıq Asəf oğlu

“Tərəqqi” medalı ilə

Abbasova Zərqələm Məstan qızı Abdullayev Vasif İslam oğlu Cəfərov İqrar İsa oğlu Əliyev Fərhad Vaqif oğlu Mamedov Musa Saleh oğlu Məmmədov Aydın Ağa-Əli oğlu Musayev Nəsimi Hüseyn oğlu Rəsullu Rəşad Fərhad oğlu Tahirov Tahir Sahibcan oğlu Verdiyev Vüqar Mürvət oğlu.

Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Abdullayev Nəriman Sadıx oğlu Umudov Rövşən Ağahüseyn oğlu.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Qarayev Faiq Əli oğlu Qiyasov Mirağa Şahbudağ oğlu Tağıyev Ramiz Cahangir oğlu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər