“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycan komandası daha bir medal qazanıb.

Fanat.Az xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü bürünc medala sahib çıxıblar.

Onlar 500 metr məsafəyə kayak yarışında üçüncü olublar.

Bu, Azərbaycan təmsilçilərinin 4-cü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər