"Araz Naxçıvan"ın Premyer Liqadan çıxarılmasından sonra turnir cədvəlində ciddi dəyişikliklər olub. Fanat.az xəbər verir ki, Muxtar Respublika klubu çempionatın yarısında iştirak etmədiyindən bütün nəticələri ləğv edilib.
Bu isə ən çox "Neftçi"nin işinə yarayıb. Paytaxt klubu ilk turda "Araz Naxçıvan"a uduzmuşdu - 0:3. Belədə, bir məğlubiyyəti silinən klubun buraxdığı topların sayı 5-ə düşüb. Aktivində 20 xal olan "Neftçi" turnir cədvəlinin zirvəsinə yüksəlib. Çünki ilk dövrədə "Araz Naxçıvan"la oyunu təxirə salınan "Qarabağ" XII turda bu komandanı 4:0 hesabı ilə yenib. 3 xalı silinən Ağdam klubu 18 xalla ikinci pilləyə düşüb.
Üçüncü pillədəki "İnter" mövqeyini əldən verməsə də, 3 xalını itirib. Ən çox ziyan çəkən "Qəbələ" olub. Çünki bölgə klubu hər iki oyunda "Araz Naxçıvan" üzərində 1:0 hesablı qələbə qazanıb. 6 xal itirən Dorinel Muntanyunun komandası bir pillə geriləyib.
"Xəzər Lənkəran" "Araz Naxçıvan"la bir oyun keçirib və 2:0 hesablı qələbə qazanıb. 3 xalı silinən Lənkəran klubu buna rəğmən, bir pillə irəliləyərək 4-cü yerə yüksəlib. Bunun səbəbi isə "Qəbələ"nin 6 xal itirməsidi.
Muxtar Respublika klubu üzərində 4:0 hesablı qələbə qazanan "Simurq" və bu komandanı 1:0 hesabı ilə üstələyən "Sumqayıt" 3 xalı əldən versə də, 6-7-ci pillədəki mövqelərini qoruyub.
AZAL "Araz Naxçıvan"la oyunda bir xalla kifayətlənmişdi. Bu xal itirilsə də, "təyyarəçilər" 8-ci pilləyə yüksəlib. Bunun səbəbi isə "Bakı"nın debütant üzərində qələbəyə görə əldə etdiyi 3 xalın silinməsidi.
"Araz Naxçıvan"ın yer aldığı turnir cədvəli
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 10 | 6 | 3 | 1 | 18:8 | 21 | |
| 2 | Neftçi | 10 | 6 | 2 | 2 | 13:8 | 20 | |
| 3 | İnter | 11 | 4 | 6 | 1 | 20:4 | 18 | |
| 4 | Qəbələ | 11 | 5 | 3 | 3 | 12:12 | 18 | |
| 5 | Xəzər Lənkəran | 11 | 5 | 2 | 4 | 15:11 | 17 | |
| 6 | Simurq | 11 | 4 | 2 | 5 | 16:12 | 14 | |
| 7 | Sumqayıt | 11 | 4 | 1 | 6 | 12:16 | 13 | |
| 8 | Bakı | 11 | 3 | 2 | 6 | 9:23 | 11 | |
| 9 | AZAL | 10 | 2 | 4 | 4 | 9:17 | 10 | |
| 10 | Araz Naxçıvan | 10 | 1 | 1 | 8 | 7:20 | 4 | |
|
Bombardirlər | Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt) - 5. Cavid Hüseynov (Qəbələ) - 4. | |||||||
"Araz Naxçıvan"ın olmadığı turnir cədvəli
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçi | 9 | 6 | 2 | 1 | 13-5 | 20 | |
| 2 | Qarabağ | 9 | 5 | 3 | 1 | 14-8 | 18 | |
| 3 | İnter | 10 | 3 | 6 | 1 | 17-3 | 15 | |
| 4 | Xəzər Lənkəran | 10 | 4 | 2 | 4 | 13-11 | 14 | |
| 5 | Qəbələ | 9 | 3 | 3 | 3 | 10-12 | 12 | |
| 6 | Simurq | 10 | 3 | 2 | 5 | 12-12 | 11 | |
| 7 | Sumqayıt | 10 | 3 | 1 | 6 | 11-16 | 10 | |
| 8 | AZAL | 9 | 2 | 3 | 4 | 7-15 | 9 | |
| 9 | Bakı | 10 | 2 | 2 | 6 | 7-22 | 8 | |
| 10 | Neftçi | 9 | 6 | 2 | 1 | 13-5 | 20 | |
|
Bombardirlər | Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt) - 5. | |||||||
"Araz Naxçıvan"ın gedişi bombardirilər siyahısında da ciddi dəyişikliklərə səbəb olub. Belə ki, bu komanda ilə oyunda het-trik edərək bombardirlər yarışında liderliyi ələ alan Rəşad Eyyubovun aktivində cəmi 3 qol qalıb. Əvəzində Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı) və Məhəmməd Qurbanov (Sumqayıt) bombardirlər yarışına davam edəcək.
Ümumilikdə "Araz Naxçıvan"ın qapısına yol tapmış 17 futbolçunun vurduğu 20 qol ləğv olunub:
Rəşad Eyyubov (Simurq) - 3. Renayldo Silva (Qarabağ) - 2. Baçana Tsxadadze, Coşqun Diniyev, Asif Məmmədov (üçü də "İnter"), Qalin İvanov, Ağabala Ramazanov (ikisi də "Xəzər Lənkəran), Tural Qürbətov, Nuran Qurbanov (ikisi də "Bakı"), Rəşad Abdullayev, Konseysao Eduardo (ikisi də AZAL), Cavid Hüseynov, Pavol Farkaş (hər ikisi "Qəbələ"), Muarem Muarem, İnnosent Emeqara (ikisi də "Qarabağ"), Kiyan Sultanpur (Sumqayıt), Marko Stanoyeviç (Simurq).
Fanat.az