Premyer Liqada transfer rekordu qırıldı

Premyer Liqada transfer rekordu qırıldı

"Real"ın futbolçusu Alvaro Moratanın "Çelsi"yə keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Çelsi" 5 illik müqavilə bağladığı futbolçuya görə "Real"a 80 milyon avro ödəyib. Bununla da klub tarixinin rekordu qırılıb. Belə ki, indiyədək "Çelsi"nin ən bahalı transferi Fernando Torres idi. "Çelsi" onu "Liverpul"dan 58,5 milyon avroya almışdı. "Milan"dan 43,3 milyon avroya transfer olunan Andrey Şevçenko isə bu siyahıda 3-cüdü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər