Premyer Liqada azarkeş rekordu

Premyer Liqada azarkeş rekordu

Premyer Liqanın III turunda cari mövsümün rekord azarkeş göstəricisi qeydə alınıb. Fanat.az xəbər verir ki, turun 5 oyununu 11100 nəfər izləyib ki, bu da hər qarşılaşmaya orta hesabla 2220 azarkeş deməkdi.

I turun oyunlarını 8500 (orta hesabla 1700 nəfər), II turun qarşılaşmalarını 10600 (orta hesabla 2120 nəfər) nəfər izləmişdi.

Ən çox azarkeş “Sumqayıt” – “Qəbələ” oyununa gəlib – 6000 nəfər. Bununla da gənclik şəhəri təmsilçisi I turan “Xəzər Lənkəran”la oyundakı 5000-lik göstəricisini yaxşılaşdırsa da, “Xəzər Lənkəran” – “Simurq” oyununa çata bilməyiblər – 7000.

Ən az azarkeş isə “İnter” – AZAL qarşılaşmasına gəlib. Paytaxt klublarının qarşılaşması 300 nəfərin marağına səbəb olub.

Sumqayıt – Qəbələ (6000 tamaşaçı)Qarabağ – Xəzər Lənkəran (3000 tamaşaçı)Bakı – Rəvan (1000 tamaşaçı)Neftçi – Simurq (800 tamaşaçı)İnter – AZAL (300 tamaşaçı)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər