Premyer Liqa klubu transfer rekordunu qırdı

Premyer Liqa klubu transfer rekordunu qırdı

"Everton" bu yay 5-ci transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, İngiltərə klubu Maykl Kini heyətinə qatıb.

"Everton" "Barnli"dən transfer edilən 24 yaşlı müdafiəçi üçün 34 milyon avro ödəyib. Bununla da klub tarixinin ən bahalı transferi baş tutub. 

Maykl Kin 2015-ci ildə "Mançester Yunayted"dən "Barnli"yə 2,5 milyon avroya transfer olunmuşdu. O, cəmi 2 ildə öz dəyərini 13 dəfədən artıq artırıb.

Beləliklə, "Everton"un bu yay transferə xərclədiyi məbləğ 105 milyona çatıb. Belə ki, Premyer Liqa klubu "Sanderlend"dən qapıçı Cordan Pikford üçün 30 (əlavə bonus 4 milyon avro), "Ayaks" Davi Klaassen üçün 27, "Eupen"dən Anr Onyekuru üçün 8, "Malaqa"dan Sandro Ramires üçün 6 milyon avro ödəyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər