Premyer Liqa bitdi: "Arsenal" ÇL-dən kənarda qaldı

Premyer Liqa bitdi: "Arsenal" ÇL-dən kənarda qaldı

İngiltərə Premyer Liqasında 2016/17 mövsümünə yekun vurulub. Fanat.Az xəbər verir ki, sonuncu - XXXVIII turun bütün oyunları eyni gündə, eyni saatda keçirilib.

 

Çempionluğun taleyi və aşağı liqaya düşəcək klubların adlarına ötən turlarda aydınlıq gəldiyindən, son turda əsas diqqət Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəyə yönəlib.

 

“Liverpul” evdə aşağı liqaya düşməsi dəqiqləşən “Midlsbro”nu məğlub edərək, qitənin ən nüfuzlu klub turnirinə vəsiqəni təmin edib. “Mançester Siti” də “Uotford”la səfər oyununda 5:0 hesablı darmadağına sevinib və əsas yarışdan kənarda qalmayıb.

 

Bu iki oyunun nəticəsi ilə “Arsenal”a sərf etməyib. Londonlular evdə “Everton”u məğlub etsə də, ÇL-yə yollana bilməyib. Bununla da "Arsenal" 20 il sonra turnirdən kənarda qalıb. Arsen Vengerin başçılıq etdiyi komanda ardıcıl 19 mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmışdı.

 

Mövsümün yekunlarına əsasən çempion "Çelsi" və 2-4-cü pillələrdə qərarlaşan "Tottenhem", "Mançester Siti" və "Liverpul" Çempionlar Liqasına vəsiqə qazanıb. 5-6-cı pillələrdə qərarlaşan "Arsenal", "Mançester Yunayted" və "Everton" Avropa Liqasında yarışmaq hüququ qazanıb. Amma "Mançester Yunayted" gələn mövsüm Çempionlar Liqasına qatıla bilər. Bunun üçün Joze Mourinyonun yetirmələri Avroliqanın finalında "Ayaks"ı yenməlidi.

Son 3 pilləni tutan "Hall Siti", "Midlsbro" və "Sanderlend" Çempionşipə yuvarlanıb. Aşağı liqada 1-2-ci pillələri tutan "Nyukasl" və "Briqton" Premyer Liqaya yükməlib. Son komandanın adına isə "pley-off"un finalında keçriləcək "Ridinq" - "Huddersfield" matçında aydınlıq gələcək.

 

Mövsümün bombardiri "Tottenhem"dən Harri Kin olub. O, 29 qola imza atıb. "Eveton"lu Romelu Lukaku 25, "Arsenal"dan Aleksis Sançes 24 qol vurub.

Premyer Liqa

2016/17 mövsümü

XXXVIII tur

 

21 may

“Arsenal” – “Everton” 3:1

Qollar: Bellerin, 8, Sançez, 27, Remzi, 90+1 - Lukaku, 58 (pen.)

 

“Bernli” – “Vest Hem” 1:2

Qollar: Voks, 23 - Fequli, 27, Ayu, 72

 

"Çelsi” – “Sanderlend” 5:1

Qollar: Villian, 8, Azar, 61, Pedro, 77, Batşuay, 90, 90+2  - Mankilo, 3

 

“Hall Siti” – “Tottenhem” 1:7

Qollar: Klukas, 66 - Keyn, 11, 13, 72, Alli, 45+2, Vanyama, 69, Deyvis, 84, Alderveyld, 87

 

“Lester” – “Bornmut” 1:1

Qollar: Vardi, 51 - Stanislas, 1

 

“Liverpul” – “Midlsbro” 3:0

Qollar: Viynaldum, 45+1, Koutinyo, 51, Lallana, 56

 

“Mançester Yunayted” – “Kristal Pelas” 2:0

Qollar: Harrop, 15, Poqba, 19

 

“Sauthempton” – “Stok Siti” 0:1

Qol: Krauç, 60

 

“Suonsi” – “Vest Bromviç” 2:1

Qollar: Ayu, 72, Llorente, 86 - Evans, 33 

 

“Uotford” – “Mançester Siti” 0:5

Qollar: Kompani, 5, Aquero, 23, 36, Fernandinyo, 45, Qabriel Jesus, 86

1.Çelsi38303585:3393

2.Tottenhem38268486:2686

3.Mançester Siti38239680:3978

4.Liverpul382210678:4276

5.Arsenal38236977:4475

6.Mançester Yunayted381815554:2969

7.Everton3817101162:4461

8.Sauthempton3812101641:4846

9.Bornmut3812101655:6746

10.Vest Bromviç381291743:5145

11.Vest Hem381291747:6445

12.Lester381281848:6344

13.Stok Siti3811111641:5644

14.Kristal Pelas381252150:6341

15.Suonsi381252145:7041

16.Bernli381172039:5540

17.Uotford381172040:6840

18.Hall Siti38972237:8034

19.Middlsbro385132027:5328

20.Sanderlend38662629:6924

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər