Portuqaliyanın qəhrəmanı "Qalatasaray"da - İDDİA

Portuqaliyanın qəhrəmanı "Qalatasaray"da - İDDİA

Avropa çempionatının finalında yeganə qolu vuraraq Portuqaliyanı çempion edən Eder karyerasını Türkiyədə davam etdirə bilər. Fanat.az xəbər verir ki, portuqaliyalı ulduzu "Qalatasaray" transfer etmək istəyir.

Məlumata görə, artıq Türkiyə klubu futbolçu ilə danışıqlar masasına əyləşib. İdddia edilir ki, "Qalatasaray" "Lill"lə yeni müqavilə imzalayan Ederə maaşının iki qatını təklif edir. Belə ki, portuqaliyalı Fransa klubunda ildə 1,2 milyon avro qazanır. "Qalatasaray" isə ona 2,5 milyon avro maaş təklif edir.

Qeyd edək ki, "Lill" Ederi bir müddət əvvəl "Suonsi"dən 4,5 milyon avroya alıb. "Transfermarkt"ın 5 milyon avro qiymət qoyduğu futbolçu ötən mövsümün ikinci yarısında icarə əsasında çıxış etdiyi "Lill"də 14 oyun keçirib və 6 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər