Portuqaliyalılar “Çelsi”nin 90 milyonluq təklifini rədd etdi

Portuqaliyalılar “Çelsi”nin 90 milyonluq təklifini rədd etdi

İngiltərə nəhəngi "Çelsi"si isveçli hücumçu Viktor Dyokereşin satılması üçün Portuqaliya "Sportinq"inə müraciət etsə də, rədd cavabı alıb.

Fanat.Az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, "mavilər" 85 milyon avro, üstəgəl 5 milyon bonus təklif etsə də, lissabonlular qoleadorunu yalnız müqavilədə yazılan bənd - 100 milyon avroya satmaqda israrlıdırlar.

Buna əsasən, isveçli forvard yarım mövsümdə 4 dəfə bahalaşıb. O, 2023-cü ilin yayında İngiltərənin "Koventri" klubundan 24 milyon avroya "Sportinq"ə keçib və "yaşıllar"ın tarixinin ən bahalı transferi olub. 

Bu mövsüm Dyokereş "Sportinq"in heyətində bütün yarışlarda 24 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər