Portuqaliyalı yarımmüdafiəçi "Səbail"lə vidalaşdı

Portuqaliyalı yarımmüdafiəçi "Səbail"lə vidalaşdı

"Səbail"dən daha bir futbolçu gedib.

Fanat.Az xəbər verir ki, aparıcı oyunçulardan olan Pedro Nunu "dənizçilər"in sıralarını tərk edib.

Müqaviləsinon müddəti başa çatan 29 yaşlı yarımmüdafiəçi Bakı klubu ilə "İnstagram"da vidalaşıb:

"Səbail”in formasını geyinmək mənim üçün böyük şərəf idi. Bütün komanda yoldaşlarıma, məşqçilərimə, klubun əməkdaşlarına dəstək və fədakarlıq üçün təşəkkür etmək istəyirəm. Buradakı gözəl xatirələri və dostluqları özümlə aparıram. Sevgi və sarsılmaz dəstəyə görə azarkeşlərə minnətdaram. “Səbail”dəki təcrübə unudulmaz oldu. Tezliklə görüşərik!"

Qeyd edək ki, 2023-cü ilin iyulundan "Səbail"də çıxış edən Nunu komandada ümumilikdə 37 oyuna çıxaraq 11 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər