Portuqaliyalı yarımmüdafiəçi Misli Premyer Liqasında

Portuqaliyalı yarımmüdafiəçi Misli Premyer Liqasında

Portuqaliyalı dayaq yarımmüdafiəçisi Filipe Markeş karyerasını Misli Premyer Liqasında davam etdirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı solaxay "Şamaxı" ilə razılığa gəlib. 

Markeş həm dağıdıcı, həm də yaradıcı yarımmüdafiəçi özəlliklərinə malikdir. Başqa sözlə, o, "6 nömrə" və "8 nömrə" mövqelərində işinin öhdəsindən gəlməyi bacarır.

Artıq ölkəmizə gələn legionerin tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan milli komandasının da baş məşqçisi olan Ayxan Abbasov bu yay "Şamaxı" ilə əməkdaşlığa son qoyub. "Aslanlar" "Kəpəz"dən ayrılan Azər Bağırova tapşırılıb.   

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər