"Vulverhempton"un vingeri Pedru Netu beş klubun transfer siyahısındadır.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
Xəbərə görə, portuqaliyalı futbolçunun xidmətində "Liverpul", "Mançester Siti", "Arsenal", "Nyukasl Yunayted" və "Tottenhem" maraqlıdır. Mənbə Pedrunun cari mövsümün sonunda böyük məbləğ qarşılığında satıla biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, sözügedən oyunçu 2019-cu ildən "canavarlar"ın formasını geyinir. Xari mövsüm "Vulverhempton" forması ilə bütün turnirlərdə 23 matça çıxan Netu 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Netunun transfer qiymətini 42 milyon avro ilə dəyərləndirir.
Nihat