Portuqaliyalı vinger İngiltərədə klubunu dəyişdi

Portuqaliyalı vinger İngiltərədə klubunu dəyişdi

"Vulverhempton" klubunun və Portuqaliya millisinin  futbolçusu Pedru Netu karyerasını "Çelsi"də davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Xəbərə görə, tərəflər 24 yaşlı müdafiəçinin transferi ilə bağlı artıq razılığa gəliblər. "Çelsi" keçidə görə qarşı tərəfə 54 milyon funt-sterlinq ödəyəcək. Futbolçu ilə 6 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2023/2024 mövsümünü “Vulverhempton”da keçirən Netu 24 matçda 3 qol vurub və 11 qolun ötürməsini verib. Onun hazırki klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Netunun transfer qiymətini 42 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər