Portuqaliyalı ulduz türk jurnalisti döydü

Portuqaliyalı ulduz türk jurnalisti döydü

İranın "Sepahan" komandası ilə Türkiyədə təlim-məşq toplanışında olan portuqaliyalı futbolçu Manuel Fernandeş qardaş ölkədə qalmaqala səbəb olub. 

Fanat.Az "Milliyet"e istinadən xəbər verir ki, o, Kocaelinin Kuruçeşmə bölgəsində gec saatlarda 5 qadınla bardan çıxarkən media nümayəndələrinin əhatəsinə düşüb. 

Əvvəlcə Fernadeşin meneceri jurnalistlərin şəkil çəkdirməsinə mane olub. O, Beyaz TV-nin müxbiri Mustafa Ağdağa hücum edib. Agentinin müxbirə hücum etdiyini görən Fernandeş də qaçaraq Ağdağa yumruq vurub. Üzündən və qolundan xəsarət alan müxbir dərhal polisə xəbər verib. Fernandeş və yaxınları taksiyə minərək hadisə yerindən qaçıb. Polis futbolçunu və menecerini şöbəyə çağırıb.

Qeyd edək ki, Manuel Fernandeş əvvəllər Türkiyə Super Liqa klublarından "Beşiktaş" və "Kayserispor"da çıxış edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər