Portuqaliyalı hücumçu Bakı klubunda

Portuqaliyalı hücumçu Bakı klubunda

"Səbail" növbəti transferini reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən iki israilli futbolçu ilə anlaşan bakılılar bu gün daha bir legioneri sıralarına qatıb.

Söhbət portuqaliyalı hücumçu Pedro Nunodan gedir. 28 yaşlı futbolçu son mövsümü Türkiyənin 1-ci liqa təmsilçisi "Adanaspor"da keçirib. Pedro bu komandada 16 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Pedro Nuno karyerasının böyük hissəsini vətəni Portuqaliyada keçirib və ölkədən kənara yalnız ötən il çıxıb. O, ölkəsində "Akademika", "Tondela", "Moreyrense" və "Belenenses" kimi klublarda çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər