Portuqaliyalı futbolçu millimizlə oyunu buraxacaq

Portuqaliyalı futbolçu millimizlə oyunu buraxacaq

Fransanın “Lill” komandasının və Portuqaliya yığmasının futbolçusu Renato Sançes sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, dizindən zədə alan 23 yaşlı yarımmüdafiəçinin əməliyyat olunacağı gözlənilir. Bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Renato sentyabr ayının ortalarınadək yaşıl meydanlardan uzaq qalacaq.

Yarımmüdafiəçi Portuqaliya yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İrlandiya və 7-də Azərbaycana qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər