Portuqaliyalı forvard Bundesliqanı La Liqaya dəyişdi

Portuqaliyalı forvard Bundesliqanı La Liqaya dəyişdi

"Leyptsiq"in portuqaliyalı hücumçusu Andre Silva "Real Sosyedad"a keçib.

Fanat.Az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. 

Xəbərdə klublar arasında əldə olunan icarə müqaviləsinin bir mövsüm üçün nəzərdə tutulduğu qeyd olunub.

27 yaşlı forvard "Leyptsiq"ə 2021-ci ilin iyulunda Frankfurt "Ayntraxt"ından keçib.

Silva Bundesliqa klubunun heyətində iki il ərzində 95 oyuna çıxıb, 26 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər