Futbol üzrə Portuqaliya çempionatında "Belenensenş" və "Benfika" klubları arasında olduqca qəribə hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, "Belenensenş" klubunda kütləvi epidemiya baş verib. Əsas komandanın 17 oyunçusunda koronavirus testi müsbət çıxdığı üçün hamısı karantinə yollanıb.
Nəticədə "Belenensenş" "Benfika" ilə matça ikisi qapıçı olmaqla (biri müdafiəçi kimi çıxış edib), cəmi 9 futbolçu ilə çıxıb. İlk 45 dəqiqə qonaqların 7:0 hesablı üstünlüyü ilə bitib. İkinci hissəyə 7 nəfər futbolçu ilə çıxan "Belenensenş"in oyunçularından biri axsayaraq meydanı tərk edib. Reqlamentə görə, altı futbolçu ilə oynamaq mümkün olmadığından, matç dayandırılıb.
Bu vəziyyətdə ən maraqlısı isə odur ki, matçdan əvvəl klub görüşün təxirə salınması xahişi ilə futbol federasiyasına müraciət etsə də, onlara rədd cavabı verilib.