Portuqaliya çempionatının 32-ci turu çərçivəsində oynanılan matçda "Portu" "Sportinq"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, xallarının sayını 79-a çatdıran "Portu" sona iki tur qalmış çempionluğunu elan edib. "Əjdahalar" 29-cu dəfə ölkə çempionatının qalibi olub.
Qeyd edək ki, ikinci sırada qərarlaşan "Benfika" "Portu"dan 8 xal geri qalır.
Fanat.Az