Portuqaliya - Sloveniya matçı dünya futbolunun tarixinə düşdü

Portuqaliya - Sloveniya matçı dünya futbolunun tarixinə düşdü

AÇ-2024-ün 1/8 final matçında Portuqaliya millisi Sloveniyanı məğlub edib.

Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, əsas və əlavə vaxtı 0:0 bitən, portuqaliyalıların penaltilər seriyasında (3:0) qazandığı matç Avropa və dünya çempionatları tarixinə düşüb. 

Penaltilər seriyası cəmi altı zərbə davam etdi. Beləliklə, Portuqaliya - Sloveniya matçında penaltilər seriyası AÇ və DÇ tarixlərinin ən qısası olub.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Fransa yığması ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər