Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

Portuqaliya millisinin yeni baş məşqçisinin kim olacağı bəllidir.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, komandanın Jorje Jezuşa tapşırılacağını bildirb. Sözügedən çalışdırıcı bu vəzifədə DÇ-2026-da İspaniyaya məğlubiyyətin ardından postundan ayrılan Roberto Martinesi əvəzləyəcək.

Qeyd edək ki, təcrübəli məşqçinin son iş yeri "Əl Nəsr" olub. Ər Riyad təmsilçisində işlədiyi dönəmdə Jezuş Kriştianu Ronaldu və Joau Felikslə çalışıb. O, bu ilin may ayında Səudiyyə Ərəbistanı klubundan ayrılıb. 71 yaşlı mütəxəssis indiyə qədər bir çox klubları çalışdırsa da, ilk dəfə milli komandanın baş məşqçisi olacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər