Portuqaliya millisinin və İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Vilyam Karvalyu seksual təcavüzdə ittiham olunur.
Fanat.Az xəbər verir ki, məlumatı "OK Daily" yayıb.
Xəbərə görə, 31 yaşlı oyunçu ötən ilin avqustunda Madriddə olarkən hotelə çağırdığı qadını narkotik qəbuluna məcbur edib və zorlayıb. Mənbə Karvalyunun Sevilya məhkəməsi qarşısında cavab verəcəyini, məhkəməyə gəlməyəcəyi halda, məcbur aparılacağını vurğulayıb.
Xatırladaq ki, sözügedən futbolçu 2018-ci ildən "Betis"də çıxış edir.