Portuqaliya millisinin üzvü Səudiyyə Ərəbistanı klubunda

Portuqaliya millisinin üzvü Səudiyyə Ərəbistanı klubunda

Daha bir məşhur futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, sözügedən ölkənin "Əl-Hilal" klubu "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşi heyətinə qatıb. Bu transferin ərəblərə 55 milyon avroya başa gəldiyi və Neveşin tibbi müayinədən keçərək 3 illik müqaviləyə imza atdığı vurğulanıb.

Qeyd edək ki, portuqaliyalı Ruben "canavarlar"ın sıralarına 2017-ci ildə cəlb edilmişdi. "Portu"dan  gələn oyunçu 2022/2023 mövsümündə "Vulverhempton" forması ilə 35 Premyer Liqa matçına çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər