"Yuventus" klubu "Portu"nun və Portuqaliya millisinin vingeri Françişku Konseysaonu icarəyə götürdüyünü açıqlayıb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçunun Turin klubu ilə icarə müqaviləsi bir mövsümlük nəzərdə tutulub.
Konseysao ötən mövsüm "Portu"nun heyətində bütün turnirlərdə 43 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə verib.
A-2024-də portuqaliyalı bir qol vuraraq komandasına qrup mərhələsinin ilk oyununda Çexiya üzərində qələbə qazandırıb (2:1). Konseysao 90+2-ci dəqiqədə əvəzedici kimi meydana çıxıb və dərhal qələbə qolunu vurub.