PSJ heyətini Portuqaliya millisinin yarımmüdafiəçisi ilə gücləndirməyə yaxındır.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, bu, "Lill"in futbolçusu Renatu Sanşeşdir.
Xəbərə görə, Renatu artıq Paris təmsilçisi ilə müqavilənin bütün şərtlərini razılaşdırıb. Mənbə 24 yaşlı oyunçunun 3 illik anlaşmaya imza atacağını və PSJ-də keçirdiyi hər mövsüm üçün 6 milyon avro qazanacağını açıqlayıb.
Sanşeş "Lill"ə 2019-cu ildə "Bayern Münhen"dən keçib. Son mövsümdə Liqa 1-də 25 matça çıxan orta xətt oyunçusu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat