Portuqaliya millisinin heyəti açıqlandı: Ronaldu siyahıda var? 

Portuqaliya millisinin heyəti açıqlandı: Ronaldu siyahıda var? 

Portuqaliya millisi AÇ-2024-ün seçmə mərhələsində iyunda keçiriləcək oyunlar üçün heyətini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 26 nəfərlik heyətə “Əl-Nəsr”in hücumçusu, 38 yaşlı Kriştianu Ronaldu da daxil edilib.

Qapıçılar: Dioqu Koşta, Xose Sa, Ruy Patrisiu.

Müdafiəçilər: Antoniu Silva, Danilu Pereyra, Dioqu Dalot, Qonsalu İnasiu, Joau Kanselu, Nelson Semedu, Pepe, Rafael Qerreyru, Ruben Diaş, Tote Qomeş.

Yarımmüdafiəçilər: Bernardu Silva, Brunu Fernandeş, Joau Palinya, Otaviu, Renatu Sanşeş, Rikardu Orta, Ruben Neviş, Vitinyu.

Hücumçular: Kriştianu Ronaldu, Dioqu Jota, Qoncalu Ramos, Joau Feliks, Rafael Leau.

Qeyd edək ki, Portuqaliya millisi iyunun 17-də evdə Bosniya və Herseqovina, 20-də səfərdə İslandiya ilə qarşılaşacaq. Ronaldunun komandası iki turdan sonra qrup lideridir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər