Portuqaliya ilə oyunöncəsi  2 ciddi itki - Millimiz müdafiəsiz qaldı

Portuqaliya ilə oyunöncəsi  2 ciddi itki - Millimiz müdafiəsiz qaldı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb.

Bildirilib ki, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı kart cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək.

Belədə baş məşqçi Canni De Byazi düşərgəyə yeni müdafiəçi cəlb edib.  “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.   Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər