Portuqaliya ilə oyuna nə qədər bilet satılıb? - SON DURUM

Portuqaliya ilə oyuna nə qədər bilet satılıb? - SON DURUM

DÇ-2022-nin seçmə məhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununa satılan biletlərin sayı məlum olub. 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın Fanat.Az-a verdiyi məlumata əsasən, bu günə olan tarixə qədər 19 min bilet satılıb. 

Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyununa biletləri iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.   Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.   Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq. 

Xatırladaq ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da başlayacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər