Portuqaliya çempionatında 2-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Vizela”ya 1:2 hesabıyla uduzub. Start "11-lik"də yer almayan Renat 79-cu dəqiqədə meydana buraxılıb. “Tondela” iki turdan sonra 3 xalla 18 kollektiv arasında 4-cü pillədə mövqe tutub.
Nihat