"Portu" - "Sportinq" matçında kütləvi dava - VİDEO

"Portu" - "Sportinq" matçında kütləvi dava - VİDEO

Portuqaliya Premyer Liqasının 22-ci turunda "Portu" - "Sportinq" (2:2) görüşündən sonra meydanda xoşagəlməz hadisə yaşanıb. 

Fanat.Az xəbər verir ki, hər iki komandanın futbolçuları arasında kütləvi dava olub.

Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markesin və Pepe, "Sportinq"də isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıb.

Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb. 22 matçdan sonra "Portu" 60 xalla turnir cədvəlinə başçılıq edir. "Sportinq" 54 xalla ikinci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər