“Portu” “Barselona”nın futbolçusunu transfer etdi

“Portu” “Barselona”nın futbolçusunu transfer etdi

“Barselona” yarımmüdafiəçisi Niko Qonsalesi “Portu”ya satıb.

Fanat.Az xəbər verir ki, İspaniyanın U-21 yığmasının üzvü yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Kataloniya klubu isə bu satışdan 8,4 milyon avro qazanıb.

21 yaşlı futbolçu yetirməsi olduğu “Barsa”da 37 oyuna 2 qol vurub. O, ötən mövsümü “Valensiya”da icarədə keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər