Polşa millisinin sabiq kapitanı "Ordu"da

Polşa millisinin sabiq kapitanı "Ordu"da

"Ordu" voleybol klubu Polşa millisinin sabiq kapitanı Mixal Kubyakı transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı voleybolçu ilə növbəti mövsümü əhatə edəcək sözləşmə imzalanıb. O, karyerası ərzində müxtəlif beynəlxalq turnirlərdə çoxsaylı medallar və fərdi mükafatlar qazanıb.

Qeyd edək ki, M.Kubyak Polşa millisinin heyətində 2014 və 2018-ci illərdə dünya çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər