"Qalatasaray"ın baş məşqçisi Sesare Prandelli "Yuventus"da forma geyən əfsanəvi oyunçu Andrea Pirloyla maraqlanır. Fanat.az xəbər verir ki, bu haqda məlumatı İtaliyanın yüksək tirajlı idman qəzetlərindən olan "La Gazetta dello Sport" yayıb.
Qəzet məlumatın mənbəyini "Yuventus"un yeni baş məşqçisi Massimiliano Allegri olduğu göstərib. Xəbərdə Pirlonun "Milan"dan getməsinə səbəb olan Allegri ile hələ də münasibətlərinin soyuq olması gösətrilib. Belə ki, 34 yaşında olan yarımmüdafiəçi "Komandadakı yerimin daimi olmasını istəyirəm" tələbinə qane edici bir cavab almadığı ortaya çıxıb.
Bu məlumatlardan sonra, Prandellinin təcrübəli oyunçuya "Sənə hər zaman qapım açıqdı" mesajını göndərdiyi bildirilir. Pirlo ile münasibətləri çox yaxşı olan Prandellinin ulduz futbolçunu razı salacağı elə də çətin olmayacağı görünür.
Fanat.az