PFL rəhbərliyi "Sumqayıt" rəsmiləri ilə görüşdü

PFL rəhbərliyi "Sumqayıt" rəsmiləri ilə görüşdü

Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyəti Sumqayıta səfər edib.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, futbol qurumunun rəmsiləri eyniadlı klubun rəhbərliyi ilə görüş keçirilib.

"Gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev PFL rəhbəri Elxan Səmədova təbriklərini çatdırdıqdan sonra idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də Media və Marketinq Departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib.

Ardından qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər.

PFL rəhbərliyi "Sumqayıt" rəsmiləri ilə görüşdü

PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev müşayiət edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər