PFL "İnter" - "Qəbələ" matçının vaxtını dəyişdi

PFL "İnter" - "Qəbələ" matçının vaxtını dəyişdi

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, Topaz Premyer Liqasının IV turunda “İnter”ə qarşı keçirəcəyi oyunun vaxtının dəyişdirilməsini istəyib. 

Fanat.az xəbər verir ki, “Qəbələ”nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, sentyabrın 12-də keçirilməsinə qərar verib.  

Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər