Pavel Paşayev: "Qəbələ”yə xeyir vermək istəyirəm - VİDEO

Pavel Paşayev: "Qəbələ”yə xeyir vermək istəyirəm - VİDEO

“Komandaya adaptasiyam çox yaxşı alınır. Milliyə gələndən, bəzi uşaqlarla tanış oldum. “Qəbələ”nin heyətində Ukrayna çempionatında oynamış futbolçularla da münasibətim var”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Pavel Paşayev deyib.

 

“Qırmızı-qaralar” Azərbaycan millisinin futbolçusu Pavel Paşayevlə gözlənildiyi kimi, cari mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalayıblar.

 

“Qəbələ”nin televiziyasına açıqlama verən 28 yaşlı müdafiəçi yeni klubunda özünü yaxşı hiss etdiyini bildirib: “Şəhərlə yaxşı tanış olmamışam, çünki buna hələ vaxtım olmayıb. Dağları, əla təbiəti var. Ukraynadakı kimi soyuq deyil. Prinsipcə, hər şey yaxşıdı. Tezliklə komandanın oyun taktikasını anlamaq və “Qəbələ”yə xeyir vermək istəyirəm”.  

 

Ukraynanın “Atlant” (Kremençuq) klubunun yetirməsi olan Paşayev peşəkar karyerasına “Dnepr”də başlayıb. 2004-2014-cü illərdə bu komandanın üzvü olan müdafiəçi 2008 və 2012-2013-cü illərdə icarə əsasında “Krivbass”da çıxış edib. 2013-2014-cü illərdə “Karpatı”ya icarəyə verilən Pavel 2014-2015-ci illərdə Zaporojye “Metallurq”unun şərəfini qoruyub. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi bu ölkənin əsas millisində 2 yoxlama matçında iştirak edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət olunan futbolçu noyabrın 17-də Moldova ilə yoxlama matçında (2:1) komandada debüt edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər