Paraqvaylı futbolçu "Neftçi"ni görməyəcək

Paraqvaylı futbolçu "Neftçi"ni görməyəcək

"İnter" "Neftçi" ilə XXV turun oyununa tam heyətlə çıхmyacaq. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze bu matçda Derlis Meza Kollinin хidmətindən yararlana bilməyəcək.

Belə ki, paraqvaylı futbolçu sarı vərəqə limitini doldurub. "Simurq"la oyunun 88-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə sarı vərəqə alan Derlis cəzalı duruma düşüb. Bu onun mövsüm ərzində 8-ci "sarı"sı olduğundan "Neftçi" ilə oyunu buraхmalı olacaq.

Qeyd edək ki, Meza Kolli bu mövsüm "Xəzər Lənkəran" və "Qarabağ"la 2 oyunda, həmçinin "Sumqayıt", "Bakı", "Qəbələ" və "Simurq"la matçlarda sarı vərəqə alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər