Bu gün Avropa Liqasının qrup mərhələsinə start veriləcək. Azərbaycanı turnirdə təmsil edən iki klubdan biri olan "Qəbələ" ilk turda Yunanıstanın PAOK klubunu qəbul edəcək.
Fanat.az oyundan əvvəl "Transermarkt"ın iki komandanın Avropa Liqası üçün sifariş etdiyi futbolçulara qoyuduğu qiymətlərə nəzər yetirib.
Məhşur alman saytı PAOK-un sifariş ərizəsindəki 25 futbolçuya (yalnız A listi, B listi nəzərə alınmayıb) ümumilikdə 32 milyon 350 min avro qiymət qoyub. "Qəbələ"nin 23 nəfərlik A listinin ümumi dəyri isə 15 milyon 350 min avrodu. Bu isə iki komandanın heyəti arasında 17 milyon avro fərqin olması deməkdi.
PAOK-un ən dəyərli futbolçusu Stefanos Atanasiadisdi. "Transfermarkt" ona 4 milyon 500 min avro qiymət qoyub. "Qəbələ"nin ən dəyərliləri isə Fakundo Pereyra və Ermin Zetsdi - 2 milyon avro.
Qeyd edək ki, Cavid Hüseynov həbsdə, Rafael Santos zədəli olduğu üçün bu matçı buraхacaq.
| QƏBƏLƏ (AZƏRBAYCAN) | ||
| № | Futbolçu | Dəyəri (avro) |
| 1 | Fakundo Pereyra | 2.000.000 |
| 2 | Ermin Zets | 2.000.000 |
| 3 | Aleksey Antonov | 1.500.000 |
| 4 | Vitali Vernidub | 1.200.000 |
| 5 | Dmitri Bezotosnı | 1.000.000 |
| 6 | Sergey Zenyov | 750.000 |
| 7 | Georgi Floresku | 750.000 |
| 8 | Rikardinyo | 700.000 |
| 9 | Voyislav Stankoviç | 650.000 |
| 10 | Aleksey Qay | 600.000 |
| 11 | Vaqif Cavadov | 500.000 |
| 12 | Rafael Santos | 450.000 |
| 13 | Cavid Hüseynov | 450.000 |
| 14 | Məhəmməd Mirzəbəyov | 400.000 |
| 15 | David Meza Kolli | 400.000 |
| 16 | Dodo | 350.000 |
| 17 | Arif Daşdəmirov | 350.000 |
| 18 | David Pietrzkieviç | 250.000 |
| 19 | Ürfan Abbasov | 250.000 |
| 20 | Samir Zərgərov | 250.000 |
| 21 | Andrey Popoviç | 200.000 |
| 22 | Asif Məmmədov | 200.000 |
| 23 | Rəşad Sadiqov | 150.000 |
| Cəmi | 15.350.000 | |
Fanat.az