Panama millisinin üzvü Azərbaycanda oynamaqdan imtina etdi

Panama millisinin üzvü Azərbaycanda oynamaqdan imtina etdi
Panama millisinin üzvü Armando Polo Azərbaycandan təklif alıb.
Fanat.Az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu özü məlumat verib. Lakin o,ölkəmizdə oynamaqdan imtina edib və Salvadorun "Sansonate" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Pola son olaraq Panamanın "Tauro" klubunda çıxış edib. Bu komandanın heyətində 38 oyuna çıxan hücumçu 12 qol vurub və 2 məhsuldar ötürmə edib. O, indiyədək Panama, Kolunbiya, Kosta Rika, Qvatamela, Venesuella, Salvador və Perunun müxtəlif klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər