"Şalke 04"ün müdafiəçisi Ozan Kabak son mövsümün ikinci yarısında icarə əsasında formasını geyindiyi "Liverpul"la vidalaşıb.
Fanat.Az xəbər verir ki, Türkiyə millisinin üzvü şəxsi "Instagram" hesabında belə yazıb:
"Əziz "Liverpul" camiəsi, xoş münasibətə və dəstəyə görə sizə təşəkkür etmək istəyirəm. Əminəm ki, burda oynadığım 4 ay ərzində qazandığım təcrübə çox dəyərlidir. Yürgen Kloppdan və komanda yoldaşlarımdan çox şey öyrəndim və bu xüsusi ailənin bir parçası olduğum üçün qürur duydum. Həmişə "Liverpul"u böyük məmnunluq hissi ilə xatırlayacam".
"Liverpul" bu qış icarəyə götürdüyü 21 yaşlı Kabakı 18 milyon avro ödəyərək heyətinə qatmaq hüququna malik idi. Lakin mersisaydlılar türk futbolçunu rənglərinə bağlamaq istəməyib. Ozan geridə qalan mövsümdə İngiltərə klubunun formasıyla 13 oyuna çıxıb.
Atilla